
Fransa millisinin və Almaniyanın "Bavariya" klubunun vingeri Maykl Olise 2026-cı il dünya çempionatında tarixi uğura imza atıb.
Qanuntv.az xəbər verir ki, Fransa yığmasının İngiltərə ilə üçüncülük uğrunda keçirdiyi görüşdə Kilian Mbappeyə iki məhsuldar ötürmə verən Olise turnirdə assistlərinin sayını yeddiyə çatdırıb.
Bununla da 24 yaşlı futbolçu dünya çempionatlarının tarixinə düşərək əfsanəvi braziliyalı hücumçu Pelenin bir mundial ərzində ən çox məhsuldar ötürmə rekordunu geridə qoyub.
Qeyd edək ki, Pele 1970-ci ildə Meksikada keçirilən dünya çempionatında altı məhsuldar ötürmə ilə bu göstəricinin rekordçusu idi. Maykl Olise isə DÇ-2026-nı yeddi assistlə başa vuraraq yeni rekordun sahibi olub.
Olisenin uğurlu çıxışı Fransa millisinin turnirdə qazandığı bürünc medalda mühüm rol oynayıb. Turnir ərzində nümayiş etdirdiyi yüksək oyun keyfiyyəti ilə seçilən vinger həm qol ötürmələri, həm də hücumdakı effektivliyi ilə futbolsevərlərin diqqət mərkəzində olub.





