
Şəmkir rayonunda bıçaq xəsarəti alan yeniyetmə qız xəstəxanada dünyasını dəyişib.
Qanuntv.az xəbər verir ki, APA-nın məlumatına əsasən, rayonun Mahmudlu kənd sakini, 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə tibb müəssisəsinə çatdırılıb. Həkimlərin bütün səylərinə və göstərilən tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, yeniyetmənin valideynləri həmin gün qızlarının itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Qısa müddət sonra isə o, yaşadıqları evin həyətyanı sahəsində bıçaq xəsarətləri almış vəziyyətdə aşkar edilib.
Hazırda hadisənin başvermə səbəbləri və bütün təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.





