• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

DTX-dən ƏMƏLİYYAT: Saxlanılanlar var [xfvalue_red]

20 Tem, 22 - 12:23

DTX-dən ƏMƏLİYYAT: Saxlanılanlar var


Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Qanuntv.az DTX-nin saytına istinadla xəbər verir ki, məlumatda deyilir:

"Ölkəmizdə cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən yeni təhlükəli növü olan, kompüter sistemlərinə qanunsuz müdaxilə hallarını özündə ehtiva edən kibercinayətkarlığa qarşı qəti mübarizə tədbirləri görülür və cəzanın labüdlüyü prinsipi təmin edilir.

Məhkumların cəza çəkdikləri dövrdə həqiqi islah olunmaları, törətdikləri əməllərdən səmimi peşmanlıq hissi keçirmələri, zərərçəkmiş şəxslə barışığa nail olunması və dəymiş ziyanın aradan qaldırılması həmin şəxslərin daha yüngül rejimli müəssisəyə keçirilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqində əsas yaradan hallardandır. Lakin bununla belə hüquq mühafizə və məhkəmə orqanları tərəfindən tətbiq olunan bu humanist yanaşmadan sui-istifadə edilərək zərərçəkmiş şəxslərin adından saxta barışıq ərizələrinin tərtib olunması, cəzanın yüngülləşdirilməsi məqsədilə qeyri-qanuni hazırlanmış sənədlərin təqdim edilməsi halları müşahidə olunmaqdadır.

Belə ki, ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Elgün Hüseynovun cəzasının yüngülləşdirilməsi məqsədilə təqdim olunmuş zərərçəkmiş şəxsin hüquqi varisinin barışıq ərizəsi şübhə doğurduğundan Ədliyyə Nazirliyi tərəfindən araşdırılaraq belə bir razılığın əldə olunmadığı, müvafiq sənədin kompüter proqramı vasitəsilə saxta yolla hazırlandığı müəyyən edilmişdir. Həmin əməldə kibercinayətin əlamətləri olduğundan materiallar aidiyyəti üzrə araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim olunmuşdur.

Faktla bağlı başlanılmış cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkmiş Sənan Mehdiyev, Ehtibar Mehdiyev və Vasif İsmayılov azadlıqda olarkən cinayət əlaqəsinə girərək müxtəlif məhkumların sifarişi ilə bir sıra işlər üzrə zərərçəkmiş tərəflərin adından ziyanın ödənildiyi və barışığın olduğu barədə guya notariat qaydasında təsdiq olunmuş, üzərində QR kod yerləşdirilmiş saxta ərizələr hazırlamaqla bu sənədləri internetdə müvafiq rəsmi saytın interfeysinə bənzər, həqiqi olmayan səhifə yaradaraq orada yerləşdirilməsini təmin etmiş və bununla da həmin ərizələr məhkəmə prosesləri zamanı rəsmi saytda yerləşdirilmiş və həqiqiliyi QR kodla təsdiq edilən sənədlər adı altında təqdim olunmuşdur.

Eyni zamanda müəyyənləşdirilmişdir ki, həmin cinayətkar qrup eyni üsullarla bir sıra digər məhkumların vaxtından əvvəl cəzadan azad olunması məqsədilə guya zərərçəkən tərəflə barışıq əldə olunduğu, ziyanın ödənildiyini göstərən saxta sənədləri kompüter texnologiyalarından istifadə etməklə hazırlamış və məhkəmə prosesləri zamanı istinad edilməsi üçün aidiyyəti üzrə təqdim edərək cinayət əməllərinə yol vermişdir.

Sənan Mehdiyev, Ehtibar Mehdiyev və Vasif İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma), 273-2-ci (kompüter məlumatlarını saxtalaşdırma) və 294.3-cü (sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş, yaratdıqları müvafiq elektron səhifənin fəaliyyəti isə dayandırılmışdır.

Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyi tərəfindən saxta sənədlərdən istifadə etmiş şəxslərin tam dairəsinin müəyyən olunması və digər əlaqəli xüsusatlar üzrə araşdırmalar davam etdirilir".

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Azərbaycanda bu məkanlara maskasız giriş QADAĞAN EDİLDİ
backend
Ölüm barədə elektron qaydada məlumat verilməyənlər məsuliyyət daşıyacaq
backend
Vəkilləri Vilyam Hacıyevə bəraət istəyirlər
backend
“Qapalı məkanlarda maska taxın, təmasları azaldın” - Rəsmi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
İntim videoları yayılan FHN polkovnikinin istintaqı yekunlaşdı: İki qadın zərərçəkmiş qismində tanındı
2 Ara, 22 - 22:041 574

XƏBƏR LENTİ

Trampa Ağ Evdə “Kömür Çempionu” mükafatı təqdim edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:4716 Şub
Mehriban Əliyeva jurnalistin sualına sərt cavab verdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:5415 Şub
Azərbaycan cüdoçuları Paris Böyük Dəbilqəsində tarixi nəticə göstərdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:3515 Şub
ABŞ Hind Okeanında Karib Hövzəsindən Gələn Tankeri ələ keçirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:1715 Şub
Azərbaycan-Serbiya sənədləri mübadilə olunub. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:5215 Şub
İlham Əliyev və Aleksandar Vuçiç Strateji Tərəfdaşlıq Şurasının ilk iclasında iştirak ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:1615 Şub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Belqradda Heydər Əliyev və Milorad Paviçin abidələrini ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5415 Şub
Prezident İlham Əliyev Belqradda Aleksandar Vuçiç ilə təkbətək görüş keçirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4815 Şub
Qubada məktəbli özünü ov tüfəngi ilə güllələdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4515 Şub
İran ABŞ ilə nüvə razılaşması üçün şərtini açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1815 Şub
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5115 Şub
Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə normallaşma prosesini müzakirə edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:0715 Şub
Zelenski İlham Əliyevlə görüşü barədə paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:2414 Şub
III MDB Oyunlarının bürünc medalçısı olan 16 yaşlı boksçu vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:1214 Şub
Qriqoryan nümayəndə heyətimizlə görüşdü. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:0214 Şub
Bu gün “Qarabağ” – “İmişli” oyunu keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:1014 Şub
Mərkəzi Bank maliyyə bazarındakı vəziyyəti qiymətləndirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4614 Şub
Azərbaycan televiziyasının 70 illiyi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:1214 Şub
Aeroport şosesində hərəkət bərpa olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:2314 Şub
Azərbaycanın Baş naziri məzuniyyətə çıxıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1514 Şub
Tayvan məsələsi ABŞ–Çin münasibətlərində qırmızı xətdir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4314 Şub
İlham Əliyev: “Bu cinayətləri törədən şəxslərin əfv olunması mümkün deyil” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2314 Şub
Ermənistanda “Sülh Körpüsü” dəyirmi masası başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:0313 Şub
Prezident İlham Əliyev Münxendə Neçirvan Bərzani ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3113 Şub
Kəlbəcərdə itkin düşən mülki şəhidin nəşi tapılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2013 Şub
Leyla Əliyeva “Sinxronizasiya” sərgisindən fotolar paylaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0913 Şub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14 illiyi qeyd olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0813 Şub
Şəkidə yıxılaraq xəsarət alan şəxs xəstəxanada ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3713 Şub
Marko Rubio Zelenski ilə Münxendə görüşməyi planlaşdırır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2513 Şub
"Qarabağ"ın prezidenti Tahir Gözəl "Neftçi"yə təşəkkür edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0313 Şub
Serotonin Neoro Psixoloji Mərkəzi – Etibarın, Peşəkarlığın və Humanizmin Ünvanı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5613 Şub
“Qarabağ”ın heyəti AQTİ-də – Qida təhlükəsizliyi və sağlam qidalanma müzakirə olundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:5413 Şub
SOCAR ötən il 3 milyard kubmetrdən çox qaz emal edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:3913 Şub
Gənc əsgərlərin fevral ayı üçün ailə görüşləri yalnız iki gün olacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3212 Şub
Leyla Əliyeva Şuşa Məscidi üçün Hazırlanan Dairəvi Xalçanın Kəsim Mərasimində İştirak Edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2912 Şub
Avropol 1,2 milyard avro dəyərində saxta əskinas ələ keçirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:1312 Şub
Sabirabadda zəhərlənmə hadisəsi: 11 yaşlı uşaq həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:1012 Şub
Ramiz Mehdiyev dövlətə xəyanət və vəsaitləri leqallaşdırmaqda ittiham olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1712 Şub
Şərurda yol-nəqliyyat hadisəsi: iki nəfər xəsarət aldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5912 Şub
34 İl Sonra Tapıldı: Birinci Qarabağ Müharibəsinin İtkini Şəhidinin Nəşi Ailəsinə Təslim Olunacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1812 Şub
Azərbaycan Slovakiya istehsalı olan “SAM120” minaatanlarını alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5112 Şub
Bolqarıstanda “Şuşa Parkı” salınacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2312 Şub
İran İsfahandakı nüvə kompleksinin girişlərini torpaqla doldurdu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1012 Şub
Türkiyə Böyük Millət Məclisində deputatlar arasında toqquşma [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:1311 Şub
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə