
Azərbaycanlı futbolçu Nəriman Axundzadə transfer olunduğu Columbus Crew klubunun düşərgəsinə qoşulmaq üçün ABŞ-yə yola düşüb.
Bu barədə “Report”a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov məlumat verib.
Bildirilib ki, forvard bu səhər ABŞ-yə yola düşüb.
Futbolçu Amerika klubu ilə təxminən bir ay əvvəl razılığa gəlsə də, iş icazəsinin gecikməsi səbəbindən komandanın düşərgəsinə vaxtında qoşula bilməmişdi.
Qeyd edək ki, artıq sənəd məsələlərinin həllindən sonra Nəriman Axundzadə yeni komandası Columbus Crew-un düşərgəsində məşqlərə başlayacaq.





