
Qarabağ klubunun futbolçusu Nəriman Axundzadə “Ümid yeri” uşaq sığınacağını ziyarət edib.
Qanuntv.az xəbər verir ki, 21 yaşlı oyunçu “Qarabağ Ordu” azarkeş klubu ilə birgə uşaqlarla görüş keçirib. Yeni il münasibətilə təşkil olunan tədbirdə Nəriman Axundzadə sığınacaqda yaşayan uşaqlarla vaxt keçirib, onlara imzalı formalar və müxtəlif hədiyyələr təqdim edib.
Görüş zamanı uşaqlarla söhbət edən futbolçu onların arzularını dinləyib və onlara xoşbəxt bayram diləyib.







