SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » Kabildə mikroavtobus partladıldı: 3 ölü, 4 yaralı
Gündəm / Dünya

Kabildə mikroavtobus partladıldı: 3 ölü, 4 yaralı

9-01-2024, 22:26 137
Kabildə mikroavtobus partladıldı: 3 ölü, 4 yaralı

Əfqanıstanın paytaxtı Kabil şəhərinin Alohail bölgəsində mikroavtobusa quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bu barədə Əfqanıstanın yerli hakimiyyət orqanları məlumat yayıb.

Kabil Polis Departamentinin nümayəndəsi Xalid Zadran bildirib ki, səlahiyyətlilər partlayışla bağlı bir şübhəlini saxlayıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Oxşar xəbərlər