• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

ABŞ İnstitutu: “İrandakı etirazlar rejim daxilində fikir ayrılığına səbəb olur” [xfvalue_red]

19 Kas, 22 - 12:55

ABŞ İnstitutu: “İrandakı etirazlar rejim daxilində fikir ayrılığına səbəb olur”


“Rejimə qarşı davam edən etirazların İranın təhlükəsizlik güclərində yüksəkvəzifəli rejim məmurları arasında fikir ayrılığına səbəb olacağı ehtimal edilir”.

Bu qənaətə ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutunun analitikləri gəliblər.

İnstitut qeyd edib ki, rejim rəsmiləri və ona bağlı şəxslər noyabrın 18-də İran təhlükəsizlik aparatında etirazları yatırmaq üçün taktika ilə bağlı fikir ayrılığına işarə ediblər: “Rəisi (İran Prezidenti İbrahim Rəisi - red.) administrasiyasının rəsmisi rejimin “müvafiq orqanları istəsələr”, tez bir zamanda iğtişaşlara son qoya biləcəyini bildirib ki, bu da təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq üçün nə qədər gücdən istifadə etməli olduğuna dair rejim daxilində fikir ayrılıqlarını göstərir. Çaharmahal və Bəxtiyari şəhərlərində rejimə bağlı din xadimi eyni şəkildə bəyan edib ki, “böyük işlər” etmək cəsarəti çatmayan məmurlar hakimiyyətdən uzaqlaşdırılmalı və onların yerinə Ayətullah Əli Xameneinin vizyonunu həyata keçirməyə daha qadir olan başqaları gətirilməlidir. Ali rəhbərin yaxın adamı olduğu bildirilən sərt xətt redaktoru Hüseyn Şəriətmədari də etirazçılara qarşı daha çox güc tətbiq edilməsini müdafiə edib”.

Eyni zamanda qeyd olunub ki, İran Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) daxilindəki parçalanmalar, əsasən də Şuranın katibi Əli Şamxaninin istefası və ya rədd edilməsi rejim daxilində şuranın əhəmiyyətini nəzərə alsaq, xüsusilə əhəmiyyətlidir: “AMTŞ İran rejiminin ən yüksəksəviyyəli milli təhlükəsizlik və xarici siyasət qərarlarının qəbulu orqanıdır və Şamxani 2013-cü ildən ali rəhbərin şurada şəxsi nümayəndəsi kimi fəaliyyət göstərir. Şamxani ali rəhbərin etibarlı müşaviridir və Şamxaninin istefası ilə bağlı çağırışlar Ə.Xameneinin etirazların yatırılması ilə bağlı reaksiyasının dolayı tənqidi ola bilər. Şamxaninin tənqidləri və onun davam edən iğtişaşlara görə məsuliyyət daşıması alternativ olaraq Xameneinin yüksəksəviyyəli siyasi qərarların icrasında adətən olduğundan daha az fəal rol oynadığını göstərə bilər”.

Analitiklərin fikrincə, Şamxani çətin ki günah keçisidir: “O, görkəmli ictimai kimliyə malik deyil... O, rejimin etirazlara reaksiyasının formasını müəyyən edən AMTŞ müzakirələrinin gedişində əhəmiyyətli təsirə malik ola bilər, xüsusilə də ali rəhbər əlçatmazdırsa, yaxud əqli və ya fiziki olaraq öz öhdəliklərini yerinə yetirmək iqtidarında deyilsə. Maraqlıdır ki, Xamenei son vaxtlar ictimaiyyət qarşısına çıxmayıb, eyni zamanda aktual foto və videolar dərc etmədən tədbirlərdə iştirak edib. Ali rəhbərlikdə ehtimal edilən dəyişikliyin kölgəsi bütün etirazlar dövrünü əhatə edib və özünü Xameneinin ən yaxın və etibarlı məsləhətçilərindən və ruporlarından birinə meydan oxuma kimi göstərə bilər”.

İran mətbuatını analiz edən araşdırmaçılar Güney Azərbaycanın bir sıra yaşayış məntəqələrində kütləvi aksiyaların qeydə alındığını vurğulayıblar. Təhlilçilər Azərbaycan türklərinin kompakt yaşadığı Təbriz, Xoy və Ərdəbil şəhərlərində kütləvi etiraz aksiyalarının, eyni zamanda, güc strukturları ilə qarşıdurmanın olduğuna diqqət çəkiblər.

İnstitutun təhlilində Türkiyənin İraqın şimalı və Suriyadakı silahlı kürd qruplaşmalarına qarşı mümkün yeni hərbi əməliyyatlarının İranın siyasətinə təsirindən də bəhs edilib: “Türkiyənin İraq və Suriyadakı silahlı kürd qruplarına qarşı hərbi əməliyyatlar keçirməklə bağlı son təhdidləri İraqın şimalında kürdlərin kompakt yaşadığı bölgədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru kampaniyası ehtimalını artırır və bu ərazini şimaldan və şərqdən eyni vaxtda təhlükə ilə qarşı-qarşıya qoyur. Eyni zamanda Türkiyənin paralel hərbi əməliyyatı İrana qurudan soxulmağa başlamaq üçün əlavə siyasi örtük təmin edəcək və bundan əlavə, istilanın effektivliyini artıracaq. Lakin bildirilib ki, Türkiyənin Suriyanın şimalındakı silahlı kürd qruplarına qarşı hərbi kampaniyasının potensial bərpası SEPAH ilə Türkiyə ordusu arasında sıx əməkdaşlığa mane ola bilər. Türkiyə ritorikasında noyabrın 13-də terror hücumunun Suriyanın Hələb əyalətinin şimal-şərqindəki Mənbic bölgəsindəki iddia edilən terror hücrələri ilə əlaqəli olduğunu vurğulayır. İran tarixən Mənbicdən təqribən 75 kilometr aralıda yerləşən şiələrin çoxluq təşkil etdiyi Nubl və Zəhra şəhərlərinin müdafiəsinə prioritet hesab edib. “Hizbullah” yaraqlıları kəndlərin ətrafında əhəmiyyətli hərbi mövcudluğu qoruyub saxlayırlar. Mənbicə yönəlmiş potensial Türkiyə hərbi əməliyyatı, həmçinin Livan “Hizbullah” yaraqlılarının şiddətlə müqavimət göstərəcəyi şiələrin çoxluq təşkil etdiyi kəndlərin yaxınlığındakı hərbi fəaliyyəti də əhatə edə bilər. Suriyanın şimalında birbaşa hərbi qarşıdurma İran və Türkiyə arasında İraqın şimalında hərbi əməkdaşlığa mane ola bilər”.//“Report”

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
"ABŞ-la müttəfiqlik mübahisəlidir" - Süleyman Soylu
backend
İran buna görə Rusiyadan təhlükəsizlik dəstəyi istəyir
backend
İlham Əliyev İbrahim Rəisi ilə görüşdü - Fotolar+Yenilənib
backend
İrandakı etirazlar 5 sualda - İNCƏLƏMƏ...
backend
Rusiya və İran prezidentləri GÖRÜŞDÜ
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
İntim videoları yayılan FHN polkovnikinin istintaqı yekunlaşdı: İki qadın zərərçəkmiş qismində tanındı
2 Ara, 22 - 22:041 523

XƏBƏR LENTİ

Maduronun olduğu ehtimal edilən təyyarə Nyu-York ştatına enib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
03:384 Ock
Venesuelada prezident səlahiyyətləri müvəqqəti olaraq vitse-prezidentə həvalə edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
03:314 Ock
Tramp Venesuelaya əməliyyatı izləyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:534 Ock
BMT Təhlükəsizlik Şurası Venesueladakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
23:233 Ock
“Qarabağ”ın qış toplanışında keçirəcəyi yoxlama oyunları bəlli oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
23:083 Ock
“Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması Qaydalarında dəyişiklik edilib” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:403 Ock
Astarada toya gedən mikroavtobus aşıb: ölənlər və yaralananlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:343 Ock
Azərbaycanda Ramazan ayı başlayır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:093 Ock
Prezident və ailə üzvləri Şahdağda xizək sürüblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:513 Ock
Rusiyanın Zabaykalye əyalətində 3 azərbaycanlının Rusiya vətəndaşlığı ləğv edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:253 Ock
Hazırda Venesuela hava məkanı – Flightradar24 real vaxt vəziyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:523 Ock
Zelenski Müdafiə Nazirliyinə Mixail Fedorovun rəhbərliyini təklif edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:163 Ock
Bakıda təcili tibbi yardım avtomobili ilə motosiklet toqquşub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:103 Ock
Bakı–Şamaxı yolunda təhlükəli vəziyyət: Qar yolları sürüşkən edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:572 Ock
Şamaxıda fərdi yaşayış evində partlayış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:422 Ock
Meksikanın Gerrero ştatında 6,5 bal gücündə zəlzələ olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:012 Ock
Krasnodar diyarında fövqəladə vəziyyət elan edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:572 Ock
Krasnodar diyarında fövqəladə vəziyyət elan edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:572 Ock
Hikmət Hacıyev: ABŞ-ın məhdudiyyətləri Ermənistanla sülhə ziddir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:392 Ock
Şəhid general-mayor Polad Həşimov və mayor Murad Məmmədovun xatirəsi anılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:162 Ock
Yanvarın 2-si Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:012 Ock
Türkiyənin ən uzun çayı dondu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:122 Ock
Qabon millisində fövqəladə qərar: Heyət işdən çıxarıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:242 Ock
Bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:332 Ock
“Xüsusi icra məmurları haqqında” qanun qüvvəyə minib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:241 Ock
Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:461 Ock
İsveçrədə xizək kurortunda partlayış: 40 ölü, 100-dən çox yaralı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:231 Ock
Rusiya Ukraynaya məxsus Su-27 təyyarəsini vurdu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:211 Ock
Qeyri-formal məşğulluqla çalışan şəxslər icbari tibbi sığorta üzrə sığortalı sayılacaqlar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:131 Ock
Mehriban Əliyeva Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:531 Ock
Bakıda və Abşeron yarımadasında yağıntı intensivləşə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:311 Ock
Bakıda qəza zamanı məhəccər azyaşlının üzərinə aşıb – uşaq xilas edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:321 Ock
1 yanvar 2026-cı ildən qüvvəyə minən əsas dəyişikliklər – SİYAHI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:251 Ock
Azərbaycanda 2026-cı il üzrə pensiya yaşı açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:251 Ock
Sumqayıtda taxta sexində yanğın [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:1831 Ara
Şuşada 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il coşqu ilə qeyd olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:0631 Ara
Türkiyədə qar uçqununa düşən 3 nəfərdən 1‑inin cəsədi tapılıb — YENİLƏNİB [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:1031 Ara
Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:3131 Ara
Azərbaycanla Misir arasında Bakı–Qahirə birbaşa aviareysi gündəmdədir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:0631 Ara
Azərbaycan Prezidenti İlham Əliyev bu il ərzində 309 tədbirdə iştirak edib. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4231 Ara
Kriştiano Ronaldo 2025-ci ili 41 qolla başa vurdu, het-trik etmədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3931 Ara
Türkiyə və Ermənistan arasında viza rejimi yumşaldılır: sərhəddə hazırlıqlar sürətlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3431 Ara
Lerikdə mikroavtobus dərəyə aşıb – 6 nəfər xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4731 Ara
“QanunTV.az kollektivi tərəfindən Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:3131 Ara
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə