
Qanuntv.az Bakues.az-a istinadən xəbər verir ki, Ələt–Astara magistral yolunun Astara rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində qəza baş verib.
Məlumata görə, Astara–Lənkəran marşrut xətti üzrə hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.
İlkin məlumatlara görə, qəza zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.





