
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 2026-cı ilin gəlişi münasibətilə xalqı təbrik edib.
Təbrikdə deyilir:
“Əziz həmvətənlərim, bacı-qardaşlarım!
Yeni 2026-cı ilin ilk günündə hər birinizə möhkəm cansağlığı, uğur və rifah arzulayıram. Qoy bu il ümidlərinizi doğrultsun, ürəyinizdəki bütün arzularınızı həyata keçirsin”.
Mehriban Əliyeva hər bir ailəyə xoşbəxtlik, ölkəmizə isə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayıb.





