
İsveçrənin "Le Nouvelliste" qəzetinin məlumatına görə, ölkədəki xizək kurortlarından birində baş verən partlayış nəticəsində təxminən 40 nəfər həyatını itirib, ən azı 100 nəfər isə yaralanıb.
Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi İsveçrəyə başsağlığı çatdırıb.
Qeyd edək ki, partlayışın səbəbləri hələlik açıqlanmayıb və xilasedicilər hadisə yerində axtarış-xilasetmə işlərini davam etdirir.





