
Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
QanunTV.az xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə 6 nəfər yaralı çatdırılıb. İlkin məlumata görə, xəsarət alan şəxslər Lerik rayon sakinləridir və onlar Bakı şəhərindən geri qayıdarkən qəza baş verib.
Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir, faktla bağlı araşdırma aparılır.





