
Futbol üzrə Qabon milli komandasında fövqəladə qərar qəbul edilib. Bütün texniki heyətin üzvləri ilə müqavilələrə xitam verilib, yığmanın fəaliyyəti isə müddətsiz dayandırılıb.
Qərarın əsas səbəbi komandanın Mərakeşdə keçirilən Afrika Millətlər Kubokundakı uğursuz çıxışıdır. Qabon yığması turnirdə bütün oyunlarda məğlub olaraq turnirlə vidalaşıb.
Rəsmi məlumatda bildirilir ki, hökumətin qərarı ilə Bruno Ekuele Manqa və Pyer-Emerik Obameyanq milli komandada çıxış edə bilməyəcəklər.





