
Azərbaycan ilə Misir arasında Bakı–Qahirə istiqamətində birbaşa aviareysin açılması imkanları müzakirə olunur.
QanunTV.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfiri Hüsaməddin Effat Mustafa Reza məlumat verib.
Səfirin sözlərinə görə, birbaşa hava əlaqəsinin qurulması turizmin inkişafına, eləcə də iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər. O qeyd edib ki, belə bir aviareysin açılması qarşılıqlı səfərlərin sayının artmasına, həmçinin biznes dairələri üçün yeni imkanların yaranmasına şərait yaradacaq.
Diplomat vurğulayıb ki, Bakı ilə Qahirə arasında birbaşa uçuşların istifadəyə verilməsi Azərbaycan–Misir əməkdaşlığının yeni mərhələyə keçməsinə xidmət edəcək və ikitərəfli münasibətlərin daha da dərinləşməsinə zəmin yaradacaq.





