
Ağdam rayonunda qəbiristanlıqda məzar yeri qazılan zaman döyüş sursatı aşkarlanıb.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Qərvənd kənd qəbiristanlığında baş verib.
Məlumata görə, kənd sakinlərindən birinin dəfni üçün qazılan qəbirdən mərmi tapılıb. Hadisə barədə məlumat verildikdən sonra əraziyə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Aşkarlanan sursat Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən təhlükəsiz şəkildə ərazidən götürülüb.
Bildirilib ki, tapılan döyüş sursatı 120 millimetrlik minaatan mərmisidir. Mütəxəssislərin ilkin qiymətləndirməsinə görə, mərmi Birinci Qarabağ müharibəsi dövründə istifadə olunan sursatlardandır.
Faktla bağlı müvafiq araşdırmalar aparılır.





