
Qanuntv.az xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində 3x3 basketbol üzrə Avropa Kubokunun seçmə mərhələsinin həlledici oyunları keçirilib.
Azərbaycanın qadınlardan ibarət milli komandası seçmə mərhələnin final oyununda İrlandiya yığması ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə komandamız rəqibinə 21:20 hesabı ilə qalib gələrək mühüm qələbə qazanıb.
Bu nəticə ilə Azərbaycan millisi 2026-cı il Avropa Kubokunun final mərhələsinə vəsiqə əldə edib.
Qeyd edək ki, turnirin final mərhələsi sentyabrın 11-13-də Belçikanın Antverpen şəhərində keçiriləcək.
Milli komandamız seçmə mərhələdə daha əvvəl Kipr yığmasını 16:10, Maltanı isə 15:14 hesabı ilə məğlub edib. Yarımfinalda isə Kosovo millisi üzərində 21:5 hesablı inamlı qələbə qazanıb.





