
İspaniyanın “Elçe” futbol klubunun hücumçusu Rafa Mir cinsi zorakılıq və bədən xəsarəti yetirmə ittihamları üzrə 8.5 il müddətinə azadlıqdan məhrum edilib.
Qanuntv.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Məhkəmə qərarına əsasən, 28 yaşlı futbolçuya cinsi zorakılıq ittihamı üzrə 7 il, bədən xəsarəti yetirmə maddəsi üzrə isə 18 ay həbs cəzası verilib. Ümumi cəza 8 il 6 ay təşkil edir.
Qərarda həmçinin Rafa Mirə 10 il müddətinə zərərçəkən şəxsə 500 metrdən artıq yaxınlaşmamaq qadağası tətbiq olunub. Bundan başqa, futbolçuya 64 min avro məbləğində təzminat ödəmək öhdəliyi qoyulub.
Qeyd edək ki, Rafa Mir hazırda “Sevilya” klubundan “Elçe”yə icarə əsasında çıxış edirdi və ötən mövsümdə İspaniya çempionatında 27 oyunda 8 qol vurmuşdu.
Qanuntv.az





