
2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda keçirilən Avstraliya - Türkiyə qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşib.
Qanuntv.az xəbər verir ki, bu ada Avstraliya millisinin 20 yaşlı hücumçusu Nestori İrankunda layiq görülüb.
Gənc futbolçu Türkiyə yığmasına qarşı keçirilən və Avstraliyanın 2:0 hesablı qələbəsi ilə başa çatan oyunda komandasında fərqlənən isimlərdən olub. O, matçın 27-ci dəqiqəsində hesabı açaraq komandasını önə keçirib və qələbədə mühüm pay sahibi olub.
Göstərdiyi uğurlu performansa görə Nestori İrankunda qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, Avstraliya yığması DÇ-2026-nın qrup mərhələsinə qələbə ilə başlayaraq ilk üç xalını qazanıb.





