
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Qanuntv.az xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, universitetin və liseyin rəhbərliyi, müəllim heyəti, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Mərasimdən əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin muzeyi ziyarət edilib.
Daha sonra hərbi liseyin ərazisində yerləşən Cəmşid Naxçıvanskinin büstü önünə gül dəstələri düzülüb.
Tədbir çərçivəsində liseyin fəaliyyəti, hərbi təhsilin inkişafı və məzunların gələcək xidmət perspektivləri ilə bağlı çıxışlar edilib. Buraxılış mərasimi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.







