
Tovuz rayonunda kanaldan kişi meyiti aşkarlanıb.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, kənd sakini, 1987-ci il təvəllüdlü Sərxan Dəmirovun meyiti kənd ərazisindən keçən kanalda aşkarlanıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunublar.
Eyni zamanda hadisə yerinə polis və prokurorluq əməkdaşları da gəlib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.





