
Müasir tibbin və estetik xidmətlərin inkişaf etdiyi bir dövrdə insanların etibarını qazanmaq hər bir tibb müəssisəsi üçün böyük uğur hesab olunur. Bu baxımdan Ahu Estetik Klinikası öz peşəkar fəaliyyəti, yüksək xidmət keyfiyyəti və pasiyent məmnuniyyətinə verdiyi önəm ilə seçilən nüfuzlu tibb müəssisələrindən biridir.
Klinikanın rəhbəri Eşqin müəllimin idarəçiliyi altında Ahu Estetik Klinikası qısa müddətdə böyük uğurlara imza ataraq estetik və tibbi xidmət sahəsində etibarlı ünvanlardan birinə çevrilib. Burada pasiyentlərə göstərilən diqqət, tətbiq olunan müasir texnologiyalar və peşəkar yanaşma klinikanın əsas üstünlüklərindəndir.
Eşqin müəllim daim yeniliklərə açıq olan, insan sağlamlığını və məmnunluğunu hər şeydən üstün tutan rəhbər kimi tanınır. Onun rəhbərliyi ilə klinikada yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir, pasiyentlərə fərdi yanaşma göstərilir və hər bir müraciət xüsusi həssaslıqla dəyərləndirilir.
Ahu Estetik Klinikasının qazandığı nüfuzun əsasında dürüstlük, keyfiyyət və məsuliyyət prinsipləri dayanır. Klinikaya müraciət edən şəxslər burada yalnız tibbi xidmət deyil, həm də qayğıkeş münasibət və peşəkar dəstək əldə edirlər.
Müasir standartlara cavab verən fəaliyyəti, peşəkar kollektivi və insanlara göstərdiyi diqqət sayəsində Ahu Estetik Klinikası estetik tibb sahəsində özünəməxsus yer tutmaqdadır. Bu uğurların əldə olunmasında Eşqin müəllimin zəhməti, idarəçilik bacarığı və məqsədyönlü fəaliyyəti xüsusi rol oynayır.
Qanuntv.az kollektivi olaraq Ahu Estetik Klinikasına və onun rəhbəri Eşqin müəllimə gələcək fəaliyyətlərində yeni uğurlar, davamlı inkişaf və daha böyük nailiyyətlər arzulayırıq.





