
Qanuntv.az xəbər verir ki, ABŞ və İran arasında sülh razılaşmasının əldə olunduğu bildirilib.
Məlumata görə, bunu Pakistanın Baş naziri Şahbaz Şərif açıqlayıb. O bildirib ki, tərəflər arasında razılıq əldə edilib və hazırda növbəti mərhələlərlə bağlı işlər aparılır.
Şahbaz Şərif razılaşmanın detalları barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, ABŞ və İran arasında münasibətlər son dövrlərdə gərgin olaraq qalırdı və tərəflər arasında mümkün diplomatik həll yolları beynəlxalq diqqət mərkəzində idi.





