
2026-cı il iyunun 16-19-da keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları ilə əlaqədar Bakı şəhərində bəzi parklanma məntəqələrinin bir hissəsi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, məhdudiyyət aşağıdakı parklanma məntəqələrini əhatə edəcək:
- Təbriz küçəsi – P10640;
- İzzəddin Həsənoğlu küçəsi – P11053;
- Bülbül prospekti – P90055;
- Füzuli küçəsi – P90217;
- Zərifə Əliyeva küçəsi – P90242;
- Rixard Zorge küçəsi – P98202 və P90202.
Bildirilib ki, məhdudiyyət iyunun 15-i saat 20:00-dan başlayaraq iyunun 20-dək qüvvədə olacaq.
AYNA sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı və qeyd olunan ərazilərdə parklanma ilə bağlı tətbiq ediləcək dəyişiklikləri nəzərə almağı tövsiyə edib.





