
Uşaqların ilk inkişaf mərhələsi onların gələcək formalaşmasında mühüm rol oynayır. Məhz bu baxımdan məktəbəqədər təhsil müəssisələrində yaradılan mühit, göstərilən qayğı və rəhbərliyin yanaşması xüsusi əhəmiyyət daşıyır.
QanunTV.az-a daxil olan müraciətdə 105 saylı uşaq bağçası-körpələr evinin müdiri Arzu Talıbovanın fəaliyyəti ilə bağlı valideynlərin müsbət fikirləri yer alıb.
Valideynlərin sözlərinə görə, Arzu Talıbova rəhbərlik etdiyi müəssisədə yalnız idarəçilik fəaliyyəti ilə deyil, eyni zamanda uşaqlara olan diqqətli münasibəti, kollektivlə düzgün əməkdaşlıq qurması və məsuliyyətli yanaşması ilə seçilir.
Müraciətdə vurğulanır ki, bağçada uşaqların özlərini rahat və güvənli hiss etmələri üçün yaradılan şərait, onların tərbiyəsinə və inkişafına verilən önəm valideynlər tərəfindən yüksək dəyərləndirilir. Onların fikrincə, rəhbərin işinə olan ciddi münasibəti və peşəkar yanaşması müəssisənin ümumi fəaliyyətində özünü göstərir.
Valideynlər bildirirlər ki, yaxşı rəhbər yalnız iş prosesini idarə edən şəxs deyil, eyni zamanda kollektivə istiqamət verən, uşaqların ehtiyaclarını anlayan və valideynlərlə sağlam münasibət quran şəxsdir. Bu baxımdan Arzu Talıbovanın fəaliyyətinin təqdirəlayiq olduğu qeyd olunur.
Onların sözlərinə görə, bağçada yaradılan mehriban atmosfer, uşaqlara göstərilən qayğı və əməkdaşların fəaliyyətindəki məsuliyyət rəhbərliyin düzgün yanaşmasının nəticəsidir.
QanunTV.az olaraq bildiririk ki, təhsil və tərbiyə sahəsində çalışan şəxslərin əməyinin qiymətləndirilməsi, xüsusilə də uşaqların inkişafına töhfə verən rəhbərlərin fəaliyyətinin ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət daşıyır.
Valideynlərin təşəkkür etdiyi Arzu Talıbovaya gələcək fəaliyyətində uğurlar arzulayırıq.





