
Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
Yanğın Əşya Bazarının yaxınlığında yerləşən taxta sexində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub və yanğının söndürülməsi üzrə tədbirlər davam etdirilir.
Hazırda yanğının səbəbləri və zərərin miqdarı dəqiqləşdirilir.





