
Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Nazirliyinin fəaliyyət formatının dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı bu barədə axşam saatlarında yayımlanan videoçıxışında məlumat verib.
Prezident bildirib ki, hazırda Rəqəmsal Transformasiya naziri vəzifəsini icra edən Mixail (Mixaylo) Fedorovun Ukraynanın yeni müdafiə naziri təyin olunmasını təklif edib.
“Ukrayna Müdafiə Nazirliyinin iş formatını dəyişdirmək qərarına gəldim. Mixaylo Fedorovun yeni müdafiə naziri olmasını təklif etdim”, – deyə Volodimir Zelenski vurğulayıb.
Qeyd edək ki, Mixail Fedorov ölkədə rəqəmsallaşma sahəsində həyata keçirilən islahatların əsas simalarından biri hesab olunur. Onun Müdafiə Nazirliyinə rəhbərlik etməsi ilə bu qurumda idarəetmənin və texnoloji imkanların daha da gücləndirilməsi hədəflənir.





