
Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı məhəccərin aşması nəticəsində azyaşlı ağır xəsarətlər alıb.
Qanuntv.az xəbər verir ki, hadisədən dərhal sonra polis əməkdaşlarının müşayiəti ilə azyaşlı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Ağır vəziyyətdə, koma halında olan uşaq reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər tərəfindən təcili əməliyyat aparılıb və azyaşlının həyatını xilas etmək mümkün olub. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir və həkimlərin nəzarəti altındadır.
Faktla bağlı araşdırma aparılır.





