
Rusiyanın Krasnodar diyarında əlverişsiz hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Qanuntv.az-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı TASS agentliyinə istinadla xəbər verir. Bildirilir ki, güclü hava şəraiti nəticəsində Abşeronsk, Xadıjenskoye və Nefteqorskoye rayonlarında, eləcə də Tverskoye, Novopolyanskoye və Nijeqorodskoye kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən bərpa işləri aparılır, vəziyyət nəzarətdə saxlanılır. Yerli sakinlərə təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.




