• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Əli Əsədov yeni qərar imzaladı [xfvalue_red]

7 Kas, 23 - 17:52

Əli Əsədov yeni qərar imzaladı

Nazirlər Kabineti 2 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda və 17 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərenerji” və “Azərişıq” ASC-lər arasında elektrik enerjisinin satınalma Müqaviləsi”ndə dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Elektrik enerjisindən istifadə Qaydaları”na yeni anlayışlar daxil edilib:

- reaktiv güc əmsalı (tgφ) - reaktiv gücün (və ya enerjinin) aktiv gücə (və ya enerjiyə) nisbəti;

- reaktiv gücə məsul abonent - istehsal, dəmir yolu, elektrikləşdirilmiş şəhər nəqliyyatı, kommunal təsərrüfatı və meliorasiya obyektlərinə aid abonent və tələb olunan gücü 150 kVt-dan yuxarı elektrik qurğuları olan digər abonent (məişət abonenti istisna olmaqla);

maksimum yük saatları - elektroenergetika sistemində elektrik enerjisinin gün ərzində ən böyük həcmdə istehlak olunduğu saatlar;

minimum yük saatları - elektroenergetika sistemində elektrik enerjisinin gün ərzində ən az həcmdə istehlak olunduğu saatlar;

aktiv istehlakçı - elektrik enerjisini istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla) elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxs.

Bundan başqa, dəyişikliyə əsasən, Dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisəsi və reaktiv gücə məsul abonent elektrik şəbəkəsinə qoşulma nöqtəsində reaktiv güc əmsalını bu Qaydaların 10 nömrəli əlavəsində göstərilən maksimum (tgφmax) və minimum (tgφmin) qiymətləri intervalında (tgφmin ≤ tgφ ≤ tgφmax) saxlamağa borcludurlar.

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar.

Enerji təchizatı müəssisəsi ilə aktiv istehlakçı arasında əvəzləşdirmə və hesablaşma “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun 10-cu maddəsinə uyğun olaraq həyata keçirilir.

Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında, enerji təchizatı müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında hesabat dövründə reaktiv enerjiyə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aparılır.

Reaktiv güc əmsalı (tgφ) elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ötürücü elektrik şəbəkəsi üçün dövlət elektroenergetika müəssisəsi, paylayıcı elektrik şəbəkəsi üçün isə enerjitəchizatı müəssisəsi tərəfindən hesablaşma dövrü üzrə hesablanır, ikitərəfli aktla rəsmiləşdirilir və ödəniş sənədində qeyd olunur.

Elektroenergetika sisteminin maksimum və minimum yük saatları dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsi ilə müəyyən edilir. Bu saatlar alqı-satqı müqavilələrində qeyd olunmadıqda, həmin hesablaşma dövrü üçün maksimum yük saatları 08:00-dan 23:00-dək və minimum yük saatları 23:00-dan 08:00-dək müddətlər qəbul edilir. Hər gün üçün bu saatların cəmi 24 saata bərabər olmalıdır.

Hesablaşma elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanı olmadığı halda, reaktiv güc əmsalı (tgφ) hesablaşma dövrü ərzində hesablaşma elektrik sayğaclarının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır.

Dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisəsi və reaktiv gücə məsul abonentlər tərəfindən reaktiv güc əmsalının (tgφ) maksimum (tgφmax) və ya minimum (tgφmin) qiymət hədləri pozulduğu halda hesablaşma dövründə hər 1 kVts aktiv elektrik enerjisinə nəzərdə tutulmuş tarif üzrə hesablaşma elektrik sayğacının aktiv enerji göstərişinin 5 faizi məbləğində cərimə tətbiq olunur və alınan məbləği pozuntuya yol vermiş tərəf qarşı tərəfə ödəyir.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Əli Əsədov Novruz Məmmədovun qərarını LƏĞV ETDİ
backend
Qeyri-yaşayış binalarının girişlərinə ünvan təyin ediləcək - QƏRAR
backend
Baş nazir daha 2 qərar imzaladı
backend
Baş nazir ipoteka ilə bağlı qərarı LƏĞV ETDİ
backend
Əli Əsədov 9 ay əvvəl verdiyi qərarda DƏYİŞİKLİK ETDİ
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 250

XƏBƏR LENTİ

“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi – 4:0 [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:0820 Eyl
BDYPİ sürücülərə hava şəraiti ilə bağlı müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:0420 Eyl
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb – Şəxsiyyət məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:3720 Eyl
Rusiyada ayı hücumu nəticəsində iki nəfər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5120 Eyl
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4820 Eyl
XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat: “Azərbaycanın dövlət suverenliyi əbədidir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4620 Eyl
20 Sentyabr – Azərbaycanın dövlət suverenliyinin bərpa olunduğu gün [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4320 Eyl
Bilgəhdə iki nəfər dənizdə batıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3820 Eyl
Anar Ələkbərov Milli Qəhrəman Pəncəli Teymurovun ailəsini ziyarət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3520 Eyl
Prezident İsgəndər Cavadovu fəxri diplomla təltif etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3220 Eyl
Bakıda bu küçədə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:1419 Eyl
Azərbaycanda antiterror tədbirlərinin başlanmasından 3 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:1119 Eyl
Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0619 Eyl
MİQ müsabiqəsindən sonra 3 minə yaxın vakant müəllim yeri tutulmayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0219 Eyl
Sumqayıtda avtobus 4 yaşlı uşağı vuraraq öldürüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5819 Eyl
Yevlaxda ağır yol qəzası: Sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5419 Eyl
Əməkdar artist və tanınmış diktor Sevda Məmmədzadə vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5219 Eyl
Paşinyan İlham Əliyevə minnətdarlığını bildirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5019 Eyl
Bakıda daha iki küçədə avtobuslar üçün xüsusi zolaqlar yaradılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:4519 Eyl
Bakıda 13 yaşlı qızla münasibətdə olan 18 yaşlı oğlana 4 il həbs cəzası verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:4319 Eyl
AID Group-la bağlı şikayətlərin sayı artır: Şirkətə 2 min dollar ödəyən şəxs pulunu geri ala bilmədiyini deyir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4518 Eyl
Azərbaycanın ilk sərhədçi generalı İsgəndər Allahverdiyev dəfn edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4318 Eyl
Lənkəranda 16 yaşlı yeniyetmə döyülərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5718 Eyl
Eldəniz Səttarov – peşəsinə sədaqəti, şagirdlərə qayğısı ilə seçilən nümunəvi pedaqoq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0218 Eyl
Göygöl rayon Quşqara Bələdiyyəsinin sədri Ruslan Məmmədov – yerli idarəçilikdə məsuliyyətli və təşəbbüskar fəaliyyəti ilə seçilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5518 Eyl
18 sentyabr – Milli Musiqi Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4418 Eyl
Tramp: İranla müharibədə dönüş mərhələsinə yaxınlaşırıq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4218 Eyl
Fərid Şahbazlı: TDT qarşısında yeni strateji mərhələ dayanır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3818 Eyl
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3318 Eyl
Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3018 Eyl
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda yeni hotel kompleksinin açılışında iştirak ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:1117 Eyl
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:0517 Eyl
İlham Əliyev TDT ölkələrinin təhlükəsizlik şuralarının rəhbərlərini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:0317 Eyl
Mircəlil Qasımlı – Kəlbəcərin etimadını doğruldan gənc deputat [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1717 Eyl
İsrafil müəllim – ekologiya sahəsində nümunəvi fəaliyyət və yüksək məsuliyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3917 Eyl
Azərbaycanda 22 mindən çox nikah, 11 mindən çox boşanma qeydə alınıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3717 Eyl
Lənkərandakı ağır qəzada ölənlərin və yaralının kimliyi açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2817 Eyl
Yevlaxda 91 yaşlı qadın binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2717 Eyl
Azərbaycanın 2027-ci il müdafiə və təhlükəsizlik xərcləri açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2417 Eyl
Hikmət Hacıyev Ərəb Media Forumunda çıxış edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4717 Eyl
Badamdarda partlayış: Xəsarət alan şəxsin vəziyyəti ağırdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4417 Eyl
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5016 Eyl
Qaradağda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası açılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4716 Eyl
2026-2027-ci tədris ili üçün yeni dərs saatları təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4416 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə