![]()
BMT Təhlükəsizlik Şurası Venesuelada yaranmış gərgin vəziyyətlə əlaqədar fövqəladə iclas keçirməyə hazırlaşır.
Qanuntv.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sabiq birinci müavini, hazırda Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) Rusiyanın daimi nümayəndəsi olan Dmitri Polanski məlumat verib. O, açıqlamanı şəxsi “Telegram” kanalında paylaşıb.
Dmitri Polanskinin sözlərinə görə, iclas Somali tərəfindən Təhlükəsizlik Şurasına sədrlik çərçivəsində təşəbbüs edilib. Toplantı Nyu-York vaxtı ilə saat 10:00-da, Bakı vaxtı ilə isə 19:00-da keçiriləcək.
Məlumata əsasən, iclasda Venesuelada baş verən son hadisələr müzakirə olunacaq, həmçinin bölgədə beynəlxalq hüququn qorunması və mümkün risklərin qarşısının alınması məsələlərinə diqqət yetiriləcək.





