
QanunTV.az xəbər verir ki, Venesuela hökumətinin rəsmi qərarına əsasən, dövlət başçısının səlahiyyətlərinin icrası müvəqqəti olaraq vitse-prezident Delsi Rodrigezə həvalə olunub.
Məlumata görə, bu qərar ölkədə mövcud siyasi vəziyyət fonunda qəbul edilib və hüquqi prosedurlara uyğun şəkildə həyata keçirilib.
Vitse-prezident Delsi Rodrigez çıxışı zamanı bildirib ki, Venesuela heç vaxt heç bir ölkənin müstəmləkəsi olmayacaq. Onun sözlərinə görə, dövlət suverenliyi və milli müstəqillik Venesuela hakimiyyəti üçün prioritet olaraq qalır və bu mövqedən geri addım atılmayacaq.
Qeyd edək ki, məsələ ölkə daxilində və beynəlxalq arenada diqqətlə izlənilir.





