
Qanuntv.az xəbər verir ki, Rusiya Hava-Kosmik Qüvvələri Ukraynaya məxsus Su-27 tipli döyüş təyyarəsini vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ukrayna Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə hava hücumundan müdafiə vasitələri ilə məhv edilib.
Hadisənin harada və nə vaxt baş verdiyi, eləcə də pilotun taleyi ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Ukrayna tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fonunda tərəflər arasında bu kimi qarşılıqlı hərbi iddialar davam edir.





