
Bakıda və Abşeron yarımadasında yanvarın 2-də günün birinci yarısında yağıntının intensivləşəcəyi ehtimal olunur.
QanunTV.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti tərəfindən xəbərdarlıq yayılıb.
Məlumata görə, bəzi ərazilərdə arabir yağıntılı hava şəraiti gözlənilir. Günün birinci yarısında yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimal edilir.
Sürücülərə və piyadalara hava şəraiti ilə əlaqədar diqqətli olmaları tövsiyə olunur.





