
Venesuela Prezidenti Nikolas Maduro ABŞ məhkəməsində özünü hələ də ölkəsinin prezidenti hesab etdiyini bildirib.
“Mən ləyaqətli insanam və hələ də ölkəmin prezidentiyəm”, – deyən Maduro iki gün əvvəl özü və həyat yoldaşının ABŞ hərbçiləri tərəfindən “qaçırıldığını” qeyd edib.
Maduro və həyat yoldaşı narkotik qaçaqmalçılığı və digər cinayətlərə dair ittihamlarda özlərini təqsirli bilməyiblər. Maduro məhkəmədə “Mən günahsızam” sözləri ilə müdafiə olunub.





