
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə güclü küləkli hava şəraiti ilə bağlı müraciət edib. Nazirlik vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
FHN bildirir ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, həmçinin elektrik dirəkləri və naqillərinin, hündür ağacların altında dayanmamaq vacibdir.
Nazirlik həmçinin xatırladır ki, küləkli hava şəraiti yanğınların söndürülməsini çətinləşdirə bilər. Buna görə də, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət etmək tövsiyə olunur.
FHN əhaliyə müraciət edir: “Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”





