
Abşeron rayonunun Masazır qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) operativ müdaxiləsi sayəsində alov qısa müddətdə söndürülüb.
Yanğın zamanı 10-u azyaşlı olmaqla 25 sakin təxliyə olunub, bir nəfər tüstüdən zəhərlənib. Alovun digər mənzillərə yayılmasının qarşısı alınıb. Hazırda hadisə yerində FHN əməkdaşları tərəfindən monitorinq davam etdirilir.





