
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, dağlıq bölgələrdə isə qar yağır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qarın hündürlüyü Zaqatalada 27 sm, Qaxda 15 sm, Qubada 11 sm, Qusarda 8 sm, Gədəbəydə 4 sm, Sədərəkdə 3 sm, Şahdağ və Daşkəsəndə 2 sm, Xaltan və Şəkidə 1 sm-dir.
Yanvarın 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb küləyi axşama doğru mülayimləşəcək. Gecə 4-7°, gündüz isə 13-18° isti gözlənilir.





