
Fevralın 6-da polis tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində 165 nəfər saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Qanuntv.az-a bildirilib ki, saxlanılanlardan 111 nəfəri borclu şəxs qismində axtarışda olan şəxslərdir. Həmçinin əməliyyat zamanı 68 yeni, 3 əvvəlki dövrlərdən bağlı cinayət açılıb.
Əməliyyatlar çərçivəsində 41 fakt narkotik vasitələrlə, 22 fakt isə qanunsuz silah-sursatla bağlı müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb, dələduzluq cinayəti üzrə axtarışda olan 16 nəfər istintaqa təhvil verilib.
Bundan başqa, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdikləri üçün itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.





