
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Şərur-Sədərək magistral yolunun Daşarx kəndi ərazisində qeydə alınıb. Məlumata görə, VAZ-2107 markalı minik avtomobili Türkiyə dövlət nömrə nişanlı iritonnajlı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Minik avtomobilinə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.





