
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il 3 milyard 36 milyon 10 min 184 kubmetr qaz emal edib.
Qanuntv.az xəbər verir ki, bu barədə şirkətin 2025-ci ilin yekunlarına dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində bildirilib.
Məlumata görə, emal olunan qaz həcmi 2024-cü illə müqayisədə 341 milyon 522 min 128 kubmetr və ya 10,1 faiz azdır.
Qeyd edək ki, 2024-cü ildə SOCAR tərəfindən 3 milyard 377 milyon 532 min 312 kubmetr qaz emal olunmuşdu. Azalma göstəricisi illik müqayisədə emal həcmində geriləməni ortaya qoyur.





