
Goranboy rayonunda bədbəxt hadisə baş verib.
Belə ki, rayon sakini, 2013-cü il təvəllüdlü Y. Əliyev baş nahiyəsinin çoxsaylı açıq yaraları və bədənin müxtəlif travmaları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yeniyetməyə dərhal tibbi yardım göstərilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, hadisə yeniyetmənin yaşadığı evdə baş verib. Bildirilir ki, o, elektrik naqilləri ilə oynayarkən ehtiyatsızlıqdan elektrik cərəyanına məruz qalıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.





