
İsrail mənbələri və xarici KİV-lərin məlumatına görə, İran Prezidenti Məsud Pezeşkiana qarşı sui‑qəsd cəhdi həyata keçirilib. İlk məlumatlara əsasən, prezidentin iqamətgahı və ətrafındakı digər hədəflər hədəf alınıb, lakin Pezeşkianın xəsarət alıb-almadığı barədə rəsmi açıqlama verilməyib.
İran tərəfi iddiaları təsdiqləyərək, sui‑qəsd cəhdinin qarşısının alındığını bildirib. İsrail isə məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib. Hazırda bu xəbər yalnız ilkin məlumatlar kimi yayılır və daha ətraflı təsdiqlənmiş məlumatların gəlməsi gözlənilir.





