
İranın yeni ali lideri Müctəba Xameneyinin müalicə üçün Rusiyaya aparıldığı iddia edilir.
Məlumata görə, o, fevralın 28-də Tehrana edilən hava hücumları zamanı yaralandıqdan sonra gizli şəkildə Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.
Bildirilir ki, Xameneyi əməliyyatdan uğurla çıxıb və hazırda prezident saraylarından birinə bağlı özəl xəstəxanada müalicə alır.
İddialara əsasən, onun təxliyəsi təhlükəsizliklə bağlı narahatlıqlar və İranda lazımi səviyyədə nəzarəti təmin edə bilməməsi səbəbindən yüksək məxfi əməliyyat çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.





