
Hörmüz boğazı ərazisində baş verən insident beynəlxalq diqqət mərkəzinə düşüb. Hadisə peyk görüntüləri ilə təsdiqlənib.
Yayılan kadrlarda bir tankerin vurulmasından dərhal sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu-na (SEPAH) məxsus olduğu iddia edilən sürətli qayıqların ərazini tələsik tərk etdiyi əks olunub.
Məlumata görə, hadisə dünya enerji daşımalarının ən vacib marşrutlarından biri sayılan boğazda baş verib. Bu səbəbdən insident qlobal bazarlara və neft tədarükünə mümkün təsirləri baxımından ciddi narahatlıq yaradıb.
Hadisənin detalları, hücumun kim tərəfindən həyata keçirildiyi və tankerin hazırkı vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlamalar məhduddur.





