
Goranboy rayonunda 34 yaşlı M.Əliyev bıçaqlanıb. Qanuntv.az xəbər verir ki, hadisə nəticəsində yaralı dərhal xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib. Həkimlərin məlumatına görə, M.Əliyevin vəziyyəti hazırda kafi qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı Ə.Əliyev polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.





