
Kəlbəcər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, hərəkətdə olan “HOWO” markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb. Qəza nəticəsində avtomobildə olan şəxslər hadisə yerində həyatını itirib.
Hadisə zamanı 1984-cü il təvəllüdlü V. Məhərrəmov, 1995-ci il təvəllüdlü E. İsmayılzadə və 1988-ci il təvəllüdlü T. İsmayılov dünyasını dəyişib.
Qəza yerinə dərhal polis əməkdaşları və aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Faktla bağlı araşdırma aparılır.





