
Şimali Koreya TƏİR və pilotsuz uçuş aparatlarına (PUA) qarşı aktiv müdafiə sistemləri ilə təchiz olunmuş yeni “Chonma-2” əsas döyüş tankını təqdim edib.
Məlumata görə, tank müasir döyüş şəraitinə uyğun olaraq inkişaf etdirilib və xüsusilə hava hücumlarından müdafiə qabiliyyətinin gücləndirilməsi ilə seçilir. Aktiv müdafiə sistemləri tankın həm idarə olunan raketlərə, həm də PUA-lara qarşı effektiv qorunmasını təmin edir.
Ekspertlər bildirirlər ki, “Chonma-2” Şimali Koreyanın hərbi texnologiyalar sahəsində yeni mərhələyə keçdiyini göstərir və ölkənin müdafiə potensialının artırılmasına yönəlmiş addımlardan biridir.







