
Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində aktivlik artıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaranmış təhlükə ilə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.
Məlumata görə, aprelin 5-i səhər saatlarında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov hadisə yerinə gəlib.
Nazir mövcud vəziyyətlə yerində tanış olub, aidiyyəti qurumların nümayəndələri və mütəxəssislərlə müzakirələr aparıb, onların təkliflərini dinləyərək müvafiq tapşırıqlar verib.








