
Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində davam edən yağmurlu hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında sel hadisələrinin baş verməsi barədə əhaliyə xəbərdarlıq edib.
Qanuntv.az xəbər verir ki, nazirlik bildirib ki, belə hava şəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyi proqnozlaşdırılır.
FHN əhaliyə tövsiyə edir ki, sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq dursun, təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxsın və xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etsin.
Həmçinin, fövqəladə vəziyyət zamanı dərhal 112 xidmətinə zəng edilməlidir.





