
Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil qəfil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılaraq həkim nəzarətinə götürülüblər.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.





