
Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində Rusiya ordusunu yanacaqla təmin etdiyi bildirilən iki qazma platformasına zərbə endirib.
Qanuntv.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb. Məlumat RBK-Ukrayna tərəfindən də dərc olunub.
Bildirilib ki, hədəfə alınan obyektlər Rusiya hərbi qüvvələrinin yanacaq təminatında istifadə olunurdu.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.





